“Ayntraxt” Bakıdakı oyuna azarkeşsiz çıxacaq

Xəbərlər
18 Dekabr 2025 13:00
76
“Ayntraxt” Bakıdakı oyuna azarkeşsiz çıxacaq

Almaniyanın “Ayntraxt” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunda azarkeş dəstəyindən məhrum olacaq.

İdman.Biz Almaniya mediasına istinadən xəbər verir ki, buna səbəb Frankfurt təmsilçisinin əvvəlki turda intizamsız davranışlara yol verməsidir.

Belə ki, “Barselona” ilə səfər qarşılaşması zamanı fanatların pirotexniki vasitələrdən istifadə etməsi klub üçün 38 min avro məbləğində cərimə ilə nəticələnib.

Frankfurt təmsilçisinin fanatlarının intizamsız davranışı nəzərə alınaraq, onlara Bakıdakı qarşılaşma üçün bilet satmaq qadağası tətbiq edilib.

Nəticədə Almaniya təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə tribuna dəstəyindən məhrum qalacaq.

Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt” qarşılaşması 2026-cı il yanvarın 21-də baş tutacaq.

İdman.Biz

Məqalədə: