Kurban Berdiyev də Tovuz stadionunun durumundan narazıdı

Xəbərlər
16 Dekabr 2025 13:31
61
Kurban Berdiyev də Tovuz stadionunun durumundan narazıdı

“Turan Tovuz”la Tovuzda keçirilən qarşılaşmadan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas ot örtüyündən şikayətlənib, “Azərbaycanda futbolun inkişafını istəyiriksə, bu cür meydançalarda futbol oynanılmamalıdır” deyə açıqlama verib.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Sabah”ın baş məşqçisinin bu fikirlərinə münasibət bildirib.

“Dedikləri ilə razıyam. Bunu bəhanə kimi göstərmək istəməzdim. Amma bu cür meydançada oynamaq həqiqətən də mümkün deyil”, - deyə o, rekord.az-a açıqlamasında deyib.

İdman.Biz