İspaniyalı bloqer Karla Ayş "Barselona" klubunun futbolçu Lamin Yamalın qızlara yanaşma tərzindən danışıb.
İdman.Biz xəbər verir ki, məlumat İspaniya KİV-də dərc edilib.
Onun sözlərinə görə, Yamal onunla salamlaşmadan birbaşa pul bağlaması və “Louis Vuitton” markasından olan çantanın fotosunu göndərib.
Bloqer bildirib ki, 18 yaşlı futbolçunun bu cür davranışı qəbuledilməzdir.
Karla Ayş digər qızları da bu cür münasibətə aldanmamağa çağırıb.

Qeyd edək ki, “Barselona”nın gənc ulduzu Lamin Yamalın hazırda sevgilisi yoxdur və o, şəxsi həyatı ilə bağlı xəbərlərlə tez-tez gündəmə gəlir.
