Şlotterbek üçün 125 milyonluq paket

Xəbərlər
16 Dekabr 2025 09:32
56
Şlotterbek üçün 125 milyonluq paket

Almaniyanın “Borussiya Dortmund” klubunun mərkəz müdafiəçisi Niko Şlotterbekin adı İspaniyanın “Barselona” klubunun transfer gündəmində qalmaqda davam edir. Beşillik müqavilənin maaş və transfer haqqı ilə birlikdə ümumi dəyərinin 125 milyon avro (təxminən 231,3 milyon AZN) olacağı bildirilir.

İdman.Biz “Diario Sport”a istinadla xəbər verir ki, “Barselona”nın mövcud maliyyə problemləri fonunda bu miqyasda transferi reallaşdırıb-reallaşdıra bilməyəcəyi hələ də sual altındadır.

Mənbə qeyd edir ki, Almaniya millisinin üzvü Niko Şlotterbek baş məşqçi Hansi Flikin mərkəz müdafiəçi mövqeyi üçün ən çox bəyəndiyi namizədlərdən biridir. Lakin futbolçunun yüksək maaş tələbləri bu keçidi real olmayan hala gətirə bilər.

Bununla yanaşı, Jerar Martinin mərkəz müdafiəçisi kimi inkişafına baxmayaraq, “Barselona” bu mövqe üçün bazarı diqqətlə izləməkdə davam edir.

“Bild” nəşrinin məlumatına görə isə Almaniyanın “Borussiya Dortmund” klubu Niko Şlotterbekin transferi üçün ən azı 50 milyon avro (təxminən 92,5 milyon AZN) tələb edir. Klubun bu mövqeyi futbolçunun müqaviləsini uzatmağı planlaşdırmamasına baxmayaraq dəyişmir.

İdman.Biz