Qurban Qurbanov: “İntizamlı oyun qalibiyyətin əsas açarı oldu”

Xəbərlər
14 Dekabr 2025 21:15
74
Qurban Qurbanov: “İntizamlı oyun qalibiyyətin əsas açarı oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan” üzərində qazanılan qələbədən sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis komandasının intizamlı çıxış etdiyini, rəqibin topa yaxşı nəzarət etməsinə baxmayaraq, “Qarabağ”ın hücumlarda effektiv olduğunu bildirib.

Baş məşqçi Marko Yankoviçin heyətdə olmamasına da aydınlıq gətirib. Onun sözlərinə görə, futbolçuya istirahət verilib və əvvəlki oyunun yüksək tempdə keçməsi səbəbindən bir neçə əsas oyunçu start heyətində yer almayıb.

“Sabah”la qarşıdakı oyuna toxunan Qurban Qurbanov bu komandanın ciddi rəqib olduğunu vurğulayıb. O bildirib ki, “Sabah” oyundan-oyuna daha təhlükəli və formalaşmış kollektiv təsiri bağışlayır. Hazırda əsas diqqətin futbolçuların bərpasına yönəldildiyini deyən mütəxəssis, rəqibin oyunlarının izlənildiyini qeyd edib.

Kadinin yoxluğunun komandanın oyununa təsiri barədə danışan Qurbanov bunun qaçılmaz olduğunu bildirib və qeyd edib ki, kollektiv yalnız bir oyunçunun üzərində qurulmur.

Mövsümün gedişini dəyərləndirən baş məşqçi bəzi futbolçulardan gözlədiyini aldığını, bəzilərindən isə daha artıq performans gözlədiyini bildirib.

“Sabah”la oyunun çempionluq yarışına təsiri ilə bağlı suala cavab verən Qurbanov hələ qarşıda çox oyun olduğunu xatırladıb və bir matçın nəticəsinin mövsümün taleyini həll etmədiyini deyib.

İdman.Biz

Məqalədə: