Bu gün Misli Premyer Liqasının 15-ci turunun növbəti qarşılaşması Azersun Arenada keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Qarabağ” “Araz Naxçıvan”ı qəbul edəcək.
Oyun saat 17:30-da başlayacaq. Meydan sahibləri turnir cədvəlində 30 xalla 2-ci, qonaqlar 23 xalla 6-cı sıradadır.
Misli Premyer Liqası
İkinci dövrə, 15-ci tur
14 dekabr
17:30. “Qarabağ” - “Araz Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Azersun Arena.
