Kasper Dolberq: “Qarabağ”la matçdakı çıxışımız necə komanda olduğumuzu göstərdi” - MÜSAHİBƏ

Müsahibə
12 Dekabr 2025 15:24
50
Kasper Dolberq: “Qarabağ”la matçdakı çıxışımız necə komanda olduğumuzu göstərdi” - MÜSAHİBƏ

“Biz səhvlərimizdən nəticə çıxarmalıyıq. Komanda olaraq hər matç inkişafa ehtiyac var”.

Bunu Ayaks”ın hücumçusu Kasper Dolberqin futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ”ı 4:2 hesabı ilə məğlub etdiniz. Oyun barədə nə deyə bilərsiniz?

- Həmişə hər şey istədiyimiz kimi alınmır. Komanda şəklində bu mövsüm Avropada yaxşı çıxış etməmişik. Lakin bu qələbəni çoxdan gözləyirdik.

- Razısınız ki, komandanın son oyunlarda daxili çempionatda qazandığı qələbələr “Qarabağ”la matç üçün ruh yüksəkliyi oldu?

- Biz səhvlərimizdən nəticə çıxarmalıyıq. Komanda olaraq hər matç inkişafa ehtiyac var. Oyunçular daim bir-birinə dəstək olur. Həmişə yaxşı oyun sərgiləyə bilmərik. Ancaq “Qarabağ”la matçdakı çıxışımız bizim bir daha necə komanda olduğumuzu göstərdi.

- Fərqləndiyiniz epizodu necə şərh edərdiniz? Sizcə, qol təsadüfən idi, yoxsa bu, Dolberqin tərzinə uyğundur?

- Bəli, demək olar ki, mənə uyğun epizod idi. Açığı, bu suala cavab vermək bir qədər çətindir. Ona görə dəqiq bir söz deyə bilmərəm. Qol vurmağım isə şübhəsiz xoş bir haldır.

- Ümumiyyətlə, hazırkı performansınızı necə qiymətləndirirsiniz?

- Cari mövsüm zədədən qayıtdıqdan sonra özümdə güc toplamağa çalışıram. Hər kəsin məndən gözləntiləri nədirsə, mənim də özümdən gözlədiyim odur. Təbii ki, yaxşı oyun ortaya qoymaq. Çünki meydana çıxmaq üçün darıxmışdım. Bu, bir qədər vaxt ala bilər. Lakin məşqçilər heyəti məni psixoloji və fiziki baxımdan hazırlaya bilirlər.

İdman.Biz