“Qarabağ”ın müdafiəçisi Kevin Medina Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”la oyunundan sonra açıqlama verib.
İdman.Biz xəbər verir ki, İTV-yə danışan kolumbiyalı komandasının məğlubiyyəti barədə bunları deyib:
“Bilirdik ki, turnir cədvəli baxımından çox vacib oyundur. Bu görüşdə qələbə qazanmaq niyyətində idik. Təbii ki, qələbə qazansaydıq, növbəti mərhələyə adlamaq imkanımız daha da çoxalardı, böyük addım atmış olacaqdıq. Amma “Ayaks”da görünürdü ki, Bakıya uğurlu nəticə üçün gəlib. Elə səhvlərə yol verdik ki, hansı ki, onu etməməliydik. Rəqib də o səhvlərdən yararlandı. Təbii ki, üzücü məğlubiyyət idi. Məğlubiyyətə əsas səbəb səhvlərimiz idi. Hər halda, qarşıdakı görüşlərə hazırlaşacağıq”.
Qeyd edək ki, ötən axşam baş tutan qarşılaşmada ”Qarabağ” “Ayaks”a 2:4 hesabı ilə uduzub.
