“Baku Sportinq” - “Şahdağ Qusar” oyunu şiddətli yağışda baş tutub - VİDEO

Xəbərlər
10 Dekabr 2025 17:38
104
“Baku Sportinq” - “Şahdağ Qusar” oyunu şiddətli yağışda baş tutub - VİDEO

Bu gün futbol üzrə Azərbaycan birinci liqasının 10-cu turunda keçirilən “Baku Sportinq” - “Şahdağ Qusar” oyunu yağışlı hava şəraitində baş tutub.

İdman.Biz xəbər verir ki, meydanın ayrı-ayrı hissələrində yaranan gölməçələr oyunçuların futbol oynamasına maneə yaradıb.

Buna baxmayaraq, qarşılaşma sona qədər oynanılıb və “Baku Sportinq” Buzovnada “Şahdağ Qusar”ı üstələyib – 2:1.

@idman.biz

"Baku Sportinq" – "Şahdağ Qusar" oyunu yağış altında keçdi: meydan gölməçələrlə doldu! 🌧️⚽🔥 Azərbaycan I Liqasının 10-cu turunda keçirilən "Baku Sportinq" – "Şahdağ Qusar" matçı çətin hava şərtlərinə baxmayaraq oynanıldı. Yağış səbəbindən meydanın bir çox hissəsində yaranan gölməçələr futbolçuların hərəkətlərini ciddi şəkildə məhdudlaşdırsa da, qarşılaşma dayandırılmadı. Buzovnada baş tutan oyunda "Baku Sportinq" rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacardı. 💥⚽ Daha çox detal İdman.Biz-də. #BakuSportinqFK #ŞahdağQusarFK #AzərbaycanFutbolu #ILiqa İdmanBiz

♬ original sound - Idman və Biz - Idman və Biz

Şəhriyar Səmədov

İdman.Biz