“Şamaxı”nın oyunçusu Afrika Millətlər Kubokunun oyunları üçün milliyə çağırılıb

Xəbərlər
9 Dekabr 2025 20:28
44
“Şamaxı”nın oyunçusu Afrika Millətlər Kubokunun oyunları üçün milliyə çağırılıb

“Şamaxı” klubunun futbolçusu Alfons Mabula Msanqa Tanzaniya millisinə dəvət alıb.

İdman.Biz xəbər verir ki, Tanzaniya Afrika Millətlər Kubokunun C qrupunda Nigeriya, Uqanda və Tunis yığmaları ilə bir qrupda yer alıb.

Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək.

İdman.Biz