İspaniyanın “El Chiringuito” verilişində “Real Madrid”in paltardəyişmə otağında nizam və liderlik çatışmazlığı ilə bağlı müzakirələr yenidən alovlanıb.
İdman.Biz xəbər verir ki, proqram əməkdaşları azarkeşlərə belə bir sual ünvanlayıb:
“Madridlilər, siz Serxio Ramosu 6 aylığına geri götürərdinizmi? Sadəcə paltardəyişmə otağında qayda və nəzarəti bərpa etmək üçün?”
Serxio Ramos “Real Madrid”də 2005-2021-ci illərdə çıxış edərək klub tarixinin ən böyük kapitanlarından biri kimi tanınıb. Onun gedişindən sonra komandanın çətin dövrlərində liderlik çatışmazlığı barədə müzakirələr tez-tez səslənir.
Hazırda “Real Madrid” rəhbərliyi və baş məşqçi Xabi Alonso ilə bağlı qeyri-müəyyənlik yaşanarkən, Ramosun adı azarkeş debatlarında yenidən gündəmə gəlib. Veriliş ekspertləri veteran futbolçunun qısa müddətlik dönüşünün xüsusilə paltardəyişmə otağında intizamı gücləndirə biləcəyini bildiriblər.
