Yamalın yeni versiyası açıldı

Xəbərlər
8 Dekabr 2025 00:35
44
Yamalın yeni versiyası açıldı

“Barselona” klubu Lamin Yamalın oyununda “yeni bir versiyanın” ortaya çıxdığı qənaətinə gəlib. İspaniyanın “Marca” nəşrinin məlumatına görə, katalonlar gənc futbolçunun hücumameyilli yarımmüdafiəçi, yəni 10 nömrə mövqeyində oynaya bilməsindən xüsusilə məmnundurlar.

İdman.Biz xəbər verir ki, Lamin Yamal “Real Betis”lə oyunda ilk dəfə 10 nömrə mövqeyində meydana çıxıb və həm hücumda, həm də müdafiədə yüksək səviyyədə çıxış edib. Bu, baş məşqçi Hansi Flikin riskli qərarı idi, lakin Yamal özünü tam doğruldub.

La Masia yetirməsi həmin oyunda penalti zərbəsindən qol vurub, 44 ötürməni dəqiq yerinə yetirib və cəmi üç ötürmədə səhv edib. Bundan başqa, Yamal iki zərbənin qarşısını alıb, 85 dəfə topla təmasda olub və üç dəfə topu rəqibdən geri qazanıb. Qeyd olunur ki, onun performansını yalnız vurduğu penalti ilə ölçmək olmaz – ümumi oyuna təsiri çox yüksək olub.

Mənbə bildirir ki, Yamalın 10 nömrədə çıxış etməsi “Barselona”ya taktiki baxımdan əlavə üstünlük yaradır. Bu halda komanda sağ cinahda eyni vaxtda Runi Bardghini start heyətində meydana buraxa bilir.

Hansi Flikin Lamin Yamalın yeni mövqedə çıxışını yüksək qiymətləndirdiyi və bu variantdan gələcək oyunlarda da istifadə etməyi planlaşdırdığı vurğulanır. Beləliklə, “Barselona” gənc ulduzunun imkanlarını daha geniş formada dəyərləndirməyə başlayıb.

İdman.Biz

Məqalədə: