İtaliya A Seriyası: “Latsio” azlıqda qalsa da, “Bolonya” ilə heç-heçə edib

Xəbərlər
7 Dekabr 2025 23:46
49
İtaliya A Seriyası: “Latsio” azlıqda qalsa da, “Bolonya” ilə heç-heçə edib

İtaliya A Seriyasının 14-cü turu çərçivəsində “Latsio” evdə “Bolonya” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, ev sahiblərinin qolunu 38-ci dəqiqədə Qustav İsaksen vurub. Qonaqlarda isə iki dəqiqə sonra Yens Odqor hesabı bərabərləşdirib.

Roma təmsilçisi 79-cu dəqiqədə Mario Gilanın iki dəqiqə ərzində iki sarı vərəqə alaraq meydandan qovulmasından sonra oyunu azlıqda davam etdirib.

“Latsio” 19 xalla A Seriyasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. “Bolonya” isə 25 xalla 5-ci sıradadır.

İdman.Biz

Məqalədə: