İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş mışqçisi Ruben Amorim yay transfer pəncərəsi üçün iki əsas mövqeyə futbolçu almağı planlaşdırır: yeni mərkəz müdafiəçisi və sol cinah müdafiəçisi.
İdman.Biz xəbər verir ki, Amorim yanvar ayında mərkəz müdafiəçisi transferinin nəzərdə tutulmadığını təsdiqləyib, lakin yayda bu mövqenin prioritet olduğunu bildirib. Portuqaliyalı mütəxəssis 2026-cı il mövsümü üçün daha çətin oyun qrafikinə hazırlaşmaq istəyir.
Baş məşqçi əlavə edib ki, onun sol cinah üçün xüsusi istəyi var: sağ ayaqlı, hücum yönümlü sol qanad müdafiəçisi. Bu, komandaya taktiki çeviklik və hücumda daha çox kreativlik qazandırmaq üçün nəzərdə tutulur.
Amorim bu yanaşmanın səbəbini əvvəlki təcrübələrinə bağlayıb. O, daha əvvəl Dioqu Dalotu gücsüz ayağı ilə sol cinahda sınadığını, lakin bunun istədiyi effekti vermədiyini bildirib. Buna görə də o, təbii olaraq sağ ayaqlı, lakin sol cinahda oynaya bilən dinamik oyunçu istəyir.
