“Neftçi” klubunun rəhbərliyi qapıçı Rza Cəfərovun “Qəbələ”yə icarəyə göndərilməsi üçün futbolçu ilə danışıqlar aparır.
İdman.Biz teleqraf.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı qolkiperə keçidin baş tutması üçün mövcud müqavilənin müddətini uzatmağı şərt qoyub.
“Ağ-qaralar” gənc oyunçuya yeni sözləşmə imzalamayacağı təqdirdə, komandada saxlanılacağını bildirib.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Rza Cəfərov cari mövsümdə hələ rəsmi oyunlarda şans qazanmayıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
