“MDB Oyunları başa çatdıqdan dərhal sonra Gəncə şəhər stadionunda ot örtüyünün qurulması prosesinə start verilib”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.
Nazirliyin əməkdaşı vurğulayıb ki, Gəncənin futbol arenasında davam edən işlər ardıcıllığa uyğun olaraq aparılır:
“Hazırda drenaj və isitmə xətlərinin çəkilməsi, çınqıl-qum qarışığı ilə bərkitmə və digər işlərin icrası davam etdirirlir”.
Qabil Mehdiyev əlavə edib ki, ot örtüyünün hazırlanması prosesi tamamlandıqdan sonra, təxminən aprel-may aylarında qazon tam bitib möhkəmlənəcək.
“Artıq bu dövrdən etibarən meydança ideal səviyyəyə çatacaq və oyunların keçirilməsi mümkün olacaq” - deyə Qabil Mehdiyev bildirib.
Şəhriyar Səmədov
