UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandasının İtaliyada “Napoli”yə qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.
İdman.Biz xəbər verir ki, qarşılaşmanı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.
Ona həmyerliləri Lukaş Slavitsek və Jozef Suma kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.
Qeyd edək ki, görüş noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
