“Bu cür turnirlər Azərbaycanda minifutbolun inkişafına təkan verir”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu turnirin oyunçular arasında komanda ruhu yaratdığını söyləyib: “Bununla yanaşı, ölkəmizdə başqa yarışlar da təşkil edilir. Komandalar arasında sağlam rəqabət yaranır. İldən-ildə bu cür turnirlərin sayı artır. Federasiya olaraq bunu hər zaman dəstəkləyirik”.
