“Liverpul”un hücumçusu ölümlə hədələndiyi üçün doberman cinsi it alıb

Xəbərlər
22 Noyabr 2025 17:20
21
“Liverpul”un hücumçusu ölümlə hədələndiyi üçün doberman cinsi it alıb

“Liverpul”un hücumçusu Aleksander İsak şəxsi təhlükəsizliyi təmin etmək məqsədi ilə 34 min avroya(təxminən 70 min manat – red) doberman cinsi it alıb.

İdman.Biz “The Sun” nəşrinə istinadən xəbər verir ki, bu addım futbolçunun İsveç millisindəki çıxışlarından sonra aldığı ölüm hədələri ilə bağlıdır.

26 yaşlı hücumçu dünya çempionatı-2026-nın seçmə mərhələsində uğursuz nəticələr fonunda təhdidlərə məruz qalıb. Bu hal idmançının şəxsi təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Məlumata görə, son aylarda İngiltərə Premyer Liqası oyunçuları arasında mühafizə məqsədilə it saxlayanların sayı artıb. Buna Böyük Britaniyada bir sıra məşhurların evlərinə edilən oğurluq və basqın halları səbəb olub.

Cari mövsümdə Aleksander İsak həm klub, həm də milli komandanın heyətində 12 oyunda meydana çıxıb və bir qola imza atıb.

Xatırladaq ki, Çempionlar Liqasında “Qarabağ”ın “Liverpul”la oyunu gələn ilin 28 yanvar tarixində İngiltərədə keçiriləcək.

İdman.Biz

Məqalədə: