Azarkeşlər DÇ-2026-da yenidən təkrarlanan maraqlı bir tendensiyanı gündəmə gətiriblər.
İdman.Biz xəbər verir ki, Argentina millisinin dünya çempionu olduğu bütün illərdə (1978, 1986 və 2022-ci illər) Nigeriya mundiala çıxmayıb.
Sosial şəbəkələrdə azarkeşlər bildirirlər ki, Argentina hər dəfə kuboku qaldıranda Nigeriya həmin turnirdə iştirak etməyib. Bu il də eyni ssenari yaşanıb: Nigeriya DÇ-2026-nın pley-offunda məğlub olub və mundiala vəsiqə qazana bilməyib.
Sosial şəbəkədə azarkeşlər zarafatla yazırlar: “Əgər Argentina yenidən çempion olsa, kimin sayəsində olduğunu artıq bilirsiniz”.
