Əfran İsmayılov: “Gec də olsa, düzgün qərar verildi”

Xəbərlər
17 Noyabr 2025 15:58
27
Əfran İsmayılov: “Gec də olsa, düzgün qərar verildi”

“Millimiz İslandiya və Fransaya qarşı inamlı çıxış etdi. Qorxmadılar, çəkinmədilər. Heyətin əsasən gənc oyunçulardan qurulduğunu görə bilərik”.

Bu sözləri yığmanın sabiq futbolçusu Əfran İsmayılov deyib.

Veteran futbolçu yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Fransaya uduzduğu oyunla bağlı fikirlərini bölüşüb:

“Mustafa Əhmədzadənin Fransa ilə oyunda meydana daxil olması, Rəhman Daşdəmirovun “5-liy”in solunda müdafiədə yaxşı çıxış etməsi müsbət məqamlardır. Ayxan Abbasovun gəlişindən sonra komandaya istək gəlib. Fransanın gücündən danışamağa dəyməz. İslandiya isə bizdən çox rahat oynadı. Ayxan müəllim taktiki-texniki problemləri həll etdikcə, daha yaxşı Azərbaycan millisi görəcəyik. Canni De Byazi, Fernando Santuş kimi məşqçiləri də gördük. Ayxan Abbasovla yola davam edilməlidir. Komandada ab-havanı dəyişə bilib. Heyətdə gənc futbolçular var. Zamanla təcrübə yığacaqlar. Yerli mütəxəssis çoxdan təyin olunmalı idi. Şükür ki, gec də olsa, düzgün qərar verildi”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Azərbaycan - Fransa oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz