Kriştianu Ronaldu Ermənistana qarşı oyun öncəsi komanda yoldaşlarına müraciət edib

Xəbərlər
16 Noyabr 2025 17:35
121
Kriştianu Ronaldu Ermənistana qarşı oyun öncəsi komanda yoldaşlarına müraciət edib

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu, qırmızı vərəqə səbəbindən Ermənistanla həlledici qarşılaşmanı buraxsa da, komanda yoldaşlarına sosial şəbəkə vasitəsilə dəstək olub.

“İdman.Biz xəbər verir ki,” Ronaldu X platformasında belə yazıb: “İrəli, komanda! Bu gün və hər zaman birlikdəyik. Portuqaliya və bayrağımız üçün!”

16 noyabrda Portuda yerləşən Draqau stadionunda keçiriləcək oyunda Portuqaliya qələbə qazanarsa, DÇ-2026-ya birbaşa vəsiqə qazanacaq.

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines də oyun öncəsi açıqlamasında rəqibə hörmət etdiklərini, lakin məqsədlərinin bu gün mundial vəsiqəsini rəsmiləşdirmək olduğunu bildirib.

İdman.Biz
Məqalədə: