“Bavariya”nın ulduzu Serj Qnabri yayda klubu pulsuz tərk edə bilər

Xəbərlər
16 Noyabr 2025 12:00
20
“Bavariya”nın ulduzu Serj Qnabri yayda klubu pulsuz tərk edə bilər

Serj Qnabri yayda “Bavariya”dan azad agent kimi ayrılan futbolçular sırasına düşə bilər.

İdman.Biz xəbər verir ki, alman ulduz klubla yeni müqavilə imzalamağa tələsmədiyi üçün mövsümün sonunda Münhen nəhəngini pulsuz tərk etmə ehtimalı getdikcə artır.

29 yaşlı futbolçuya maraq göstərən klubların sırasında iki nəhəng var – İngiltərə təmsilçisi “Liverpul” və İtaliya nəhəngi “Yuventus”. Hər iki klub Qnabri ilə danışıqlara başlamağa hazırdır.

Məlumatlara görə, “Bavariya” rəhbərliyi müqavilənin uzadılmasına ümid etsə də, Qnabri yeni layihə və daha yüksək rol əldə etmək imkanını nəzərdən keçirir.

İdman.Biz

Məqalədə: