“Qarabağ” klubunun loqosu dəyişdiriləcək? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Xəbərlər
14 Noyabr 2025 18:12
52
“Qarabağ” klubunun loqosu dəyişdiriləcək? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

“Loqomuzun dəyişdirilməsi ilə bağlı hər hansı rebrendinq prosesinin aparılması gündəmdə deyil”.

Bunu “Qarabağ” futbol klubunun marketinq və komunikasiya departamentinin rəhbəri Anar Hacıyev İdman.Biz-ə açıqlamasında deyib.

O, sosial şəbəkələrdə “Qarabağ” futbol klubunun loqosunun dəyişdiriləcəyi ilə bağlı yayılan müxtəlif iddialara cavab verib.

“İctimaiyyətin və mütəxəssislərin rəylərini hər zaman hörmətlə qarşılasaq da, “Qarabağ” FK loqosunun dəyişdirilməsi nəzərdə tutulmur”, - deyə A.Hacıyev əlavə edib.

Yusif Sadıqlı

İdman.Biz

Məqalədə: