“Qalatasaray” azarkeşlərinə Corc Qardidən müjdə

Xəbərlər
14 Noyabr 2025 10:56
28
“Qalatasaray” azarkeşlərinə Corc Qardidən müjdə

Türkiyənin “Qalatasaray” klubunun məsləhətçisi Corc Qardi son illərdə Mauro İkardi, Aleksis Sançes, Nikolo Zaniolo, Leroy Sane, Viktor Osimhen və digər ulduzlarla bağlı transfer uğurlarından sonra azarkeşlərə səslənib.

İdman.Biz xəbər verir ki, Qardi klubun hələ görəcəyi çox işin olduğunu deyərək, azarkeşlərə böyük vəd verib.

“Düşünürəm ki, görüləsi hələ çox iş var. Azarkeşlərə söz verirəm, xəyalları reallığa çevirməyə davam edəcəyəm və bu klubu heç vaxt olmadığı yerlərə aparmağa çalışacağam”, - deyə mütəxəssis bildirib.

Qardi həmçinin son illərdəki fəaliyyətinə görə başqa klublardan da təkliflər aldığını təsdiqləyib.

“Klub üçün gördüyüm işlərə görə bir neçə başqa klub da maraq göstərib, amma hiss edirəm ki, bu layihə hələ bitməyib”, - “Qalatasaray” rəsmisi söyləyib.

O, klubun uzunmüddətli planlarının və baş məşqçi ilə ortaq hədəflərin davam etdiyini vurğulayıb.

İdman.Biz