Arda Gülerin performansı azalıb - səbəb Bellingemin qayıdışıdırmı?

Xəbərlər
12 Noyabr 2025 18:41
24
Arda Gülerin performansı azalıb - səbəb Bellingemin qayıdışıdırmı?

“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülerin performansı son həftələrdə diqqət çəkici dərəcədə aşağı düşüb.

İdman.Biz xəbər verir ki, azarkeşlər və mütəxəssislər sosial şəbəkələrdə Cud Bellingemin zədədən qayıdışının Gülerin oyununa mənfi təsir göstərib-göstərmədiyini müzakirə edirlər.

Mövsümə əla başlayan türk futbolçu bütün turnirlərdə 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Lakin son 7 qarşılaşmada Arda Güler cəmi 2 ötürmə edib və qol vura bilməyib.

Mütəxəssislər gənc yarımmüdafiəçinin meydandakı rolunun Bellingemin geri dönüşü ilə dəyişdiyini, bu səbəbdən hücum zonasındakı effektivliyinin azaldığını bildirirlər.

İdman.Biz