“TransferRoom” inflyasiyanı nəzərə almaqla futbol tarixinin ən bahalı 15 transferinin siyahısını təqdim edib.
İdman.Biz mənbəyə istinadən xəbər verir ki, 2017-ci ildə braziliyalı ulduz Neymarın “Barselona”dan PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi kimi qeydə alınıb.
İnflyasiyanı nəzərə aldıqda bu keçidin dəyəri 342,8 milyon avro təşkil edir.
İkinci yerdə fransalı futbolçu Kilian Mbappenin 2018-ci ildə “Monako”dan PSJ-yə keçidi qərarlaşıb - bu transferin dəyəri 263,3 milyon avro olub.
Üçüncü pilləni isə 2017-ci ildə Usman Dembelenin Dortmund “Borussiya”sından “Barselona”ya keçidi tutur. Bu keçid inflyasiyaya uyğun hesablamada 228,6 milyon avro dəyərində qiymətləndirilib.
Ən bahalı beş transferin siyahısına həmçinin “Liverpul”dan “Barselona”ya keçən Filippe Koutinyo (197,5 milyon avro) və “Aston Villa”dan “Mançester Siti”yə transfer olunan Cek Qriliş (175,2 milyon avro) də daxil edilib.
