Nigeriya millisinin sabiq futbolçusu Con Obi Mikel Lionel Messi ilə bağlı xatirəsini paylaşıb.
İdman.Biz “Sportexpress”ə istinadən xəbər verir ki, Nigeriyalı futbolçu U-20 Dünya Çempionatının ən yaxşı oyunçusuna verilən mükafat mərasimini xatırlayıb.
Həmin turnirdə “Qızıl top” Messiyə, “Gümüş top” isə Con Obi Mikela qismət olmuşdu.
Ancaq o zaman Mikel nəticədən məmnun qalmayıb və “Məncə, bu mükafatı mən daha çox haqq etmişdim” - deyib.
Obi Mikel xatırlayır ki, L.Messinin ona verdiyi cavabı bu günə qədər unutmur.
“Bu, mənim qərarım deyildi. Komitə belə qərara gəldi. Amma sən ölkən üçün inanılmaz iş gördün” - deyə o zaman gənc Messi bildirib.
Bir qədər sonra futbolçular paltardəyişmə otağında yenidən qarşılaşıblar. Messi Mikela ciddi şəkildə “İstəyirsənsə, mükafatları dəyişə bilərk” - söyləyib.
Amma nigeriyalı ulduz bu jesti qəbul etməyib:
“Ona bildirdim ki, sən bu mükafatı tam layiqincə qazanmısan. Mən sadəcə məyus idim. Mehribanlığın üçün təşəkkür edirəm”.

