Qurban Qurbanov: “Çox vacib qalibiyyət əldə olundu”

Xəbərlər
9 Noyabr 2025 23:45
33
Qurban Qurbanov: “Çox vacib qalibiyyət əldə olundu”

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub. Turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

"Başda cənab Prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük zəfərdir. Allah xalqımızı həmişə qorusun. Oyuna gəldikdə, matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. Xoş olan odur ki, 44-cü dəqiqədə bizim azarkeşlərlə "Neftçi" azarkeşlərinin bunu qeyd etməsi çox gözəl idi. Futbolçularıma da təşəkkür edirəm. Vacib qələbə oldu. Hər iki komandanın futbolçuları yaxşı, dinamik, sürətli oyun göstərdi. Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha tez olar. Qarşıda da millinin oyunları var. Onlara da uğurlar arzulayıram, azarkeşlik edəcəyik", - deyə Qurbanov bildirib.

İdman.Biz