Misli Premyer Liqasının VI turunun “Şamaxı” - “İmişli” arasındakı oyundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov fikirlərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis matç barədə fikirlərini açıqlayıb.
“Azarkeşlərimizə təşəkkür edirəm. Onları sevindirmək istəyirdik. Oyun çətin keçdi, amma “İmişli” hər kəsi təəccübləndirməyi bacarır. Hər komandaya qarşı yaxşı mübarizə aparırlar. Bilirdik ki, bu gün üç xal bizim üçün çox vacibdir. İlk dövrəni 13 xalla bitirdik ki, bu da komandamız üçün yaxşı nəticədir. Ümumilikdə istədiyimiz oyunu göstərə bilirik. Düzdür, bəzən alınır, bəzən alınmır, amma bu gün ikinci hissədə daha yaxşı oynadıq. Çempionatda ən vacib qələbələrdən birini qazandıq”, - deyə Ayxan Abbasov qeyd edib.
