İspaniyanın “Barselona” klubu yenidənqurmadan sonra ilk dəfə ev stadionu “Kamp Nou”da məşq keçirib.
İdman.Biz klubun mətbuat xidmətinin sosial şəbəkələrdə yaydığı məlumata görə, məşq azarkeşlər üçün açıq olub, lakin tribunaya buraxılan tamaşaçı sayı 23 min nəfərlə məhdudlaşdırılıb.
“Barselona”nın “Kamp Nou” stadionunda yenidənqurma işlərinə 2023-cü ilin iyununda başlanılıb. İşlər başa çatdıqdan sonra arenanın tutumu 99 mindən 105 min tamaşaçıya qədər artırılacaq. Komandanın stadionuna qayıdışı bir neçə dəfə təxirə salınıb.
Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda 11 oyundan 25 xal toplayıb. Liderlik isə 30 xalla Madrid “Real”ına məxsusdur.
