“Sabah”ın özbək legioneri: “Kəpəz”lə oyuna fokuslanmışıq”

Xəbərlər
7 Noyabr 2025 10:58
29
“Sabah”ın özbək legioneri: “Kəpəz”lə oyuna fokuslanmışıq”

“Bizim üçün çox çətin oyun oldu”.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bu sözləri “Sabah” klubunun futbolçusu Umarali Raxmonaliyev deyib.

Yarımmüdafiəçisi “Qəbələ”yə qalib gəldikləri (1:0) Misli Premyer Liqasının X turunun matçı ilə bağlı fikirlərini bölüşüb: “Rəqib bizi yaxşı təhlil etmişdi. Matç zamanı onların da bizim də imkanlarımız oldu. Fikrimcə, bizim qol imkanlarımız daha real idi. Lakin tam istifadə edə bilmədik. Əsas olan 3 xal idi ki, onu da qazandıq”.

Özbəkistanlı oyunçu XI turda “Kəpəz”ə qarşı keçirəcəkləri görüşə də toxunub: “Artıq əvvəlki qarşılaşmanı unutmalıyıq. Qarşıdakı oyunlara köklənməliyik. “Kəpəz”lə matça da yaxşı hazırlaşırıq. Hədəfimiz yenə üç xal qazanmaqdır”.

Qeyd edək ki, “Kəpəz” - “Sabah” oyunu noyabrın 9-da olacaq.

İdman.Biz