Sergen Yalçın köhnə açıqlamasına görə gülüş hədəfi oldu

Xəbərlər
3 Noyabr 2025 19:03
59
Sergen Yalçın köhnə açıqlamasına görə gülüş hədəfi oldu

“Fənərbaxça”– “Beşiktaş” qarşılaşmasının 3:2 hesabı ilə başa çatmasından sonra qara-ağların baş məşqçisi Sergen Yalçının şərhçilik dövründə verdiyi açıqlama yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, həmin sözlər sosial şəbəkələrdə geniş müzakirə olunmağa başlayıb.

Qeyd edək ki, Yalçın bu fikirləri “Qalatasaray”ın 10 nəfərlə qalıb “Beşiktaş”a 2:1 uduzduğu matçdan sonra Ekol TV efirində səsləndirmişdi.

“Biz mövsümün əvvəlində və mövsüm içində belə məşqlər edirik: 10 nəfərlə qaldığımız zaman necə oynayacağıq? Taktiki məşq edirsən, elə deyilmi? Heç 10 nəfərlə qalmayacaqsanmı? 10 nəfərlə qalan zaman komandaya necə oynayacağını öyrətməyəcəksən? Öyrədəcəksən. Bu gün “Qalatasaray”a baxanda buna inanmadım, xüsusilə ikinci hissədə. Birinci hissə onsuz da pis oynayırdılar, oyuna yaxşı hazırlaşmamışdılar. Oyunda yox idilər. Bir komanda 10 nəfərlə qaldığı zaman derbi maçında necə oynayar, bunu kimsə onlara başa salsın məncə. Biri bunu öyrətməlidir”, - deyə Yalçın bildirmişdi.

İdman.Biz