“Qarabağ” Azərbaycan çempionatlarında 350-ci quru hesablı qələbəsini əldə edib

Xəbərlər
3 Noyabr 2025 12:07
52
“Qarabağ” Azərbaycan çempionatlarında 350-ci quru hesablı qələbəsini əldə edib

“Qarabağ” Azərbaycan çempionatlarında 350-ci “quru” hesablı qələbəsini qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının X turunun “İmişli” ilə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub.

Ağdam klubu ölkə çempionatlarında 350-ci “quru” hesablı qələbəsini 2 cavabsız qolla qazanıb.

“Qarabağ” 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib. Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib. “Qarabağ”ın “quru” hesablı qələbələrindən beşi cari mövsüm qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal itirməyib.

İdman.Biz

Məqalədə: