“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola London “Arsenal”ının müdafiədəki uğurlu çıxışı barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis “Bornmut” üzərində 3:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında “Arsenal”ın seriyasına münasibət bildirib.
Qvardiola bu barədə danışarkən zarafatından da qalmayıb:
“Arsenalın müdafiəsi? Ümid edirəm, bir gün yenidən qol buraxarlar”.
Mikel Artetanın komandası artıq ardıcıl 7 oyundur qol buraxmır və bütün bu qarşılaşmalarda qələbə qazanıb. “Topçular” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 turdan sonra 25 xalla liderdir. Komandanın top fərqi 18:3-dür.
Qeyd edək ki, “Mançester Siti” bu qələbə sayəsində Premyer Liqada ikinci pilləyə yüksəlib, lakin “Arsenal”dan 6 xal geri qalır.
