Elvin Bədəlov: “Abubakarın gəlişindən sonra qol problemi həll olunub” - VİDEO

Xəbərlər
2 Noyabr 2025 12:08
74
Elvin Bədəlov: “Abubakarın gəlişindən sonra qol problemi həll olunub” - VİDEO

“Vensan Abubakarın gəlişindən sonra komandada qol problemi demək olar ki, həll olunub. Sevinirik ki, belə futbolçularımız var. Abubakar klas futbolçudur, bunu hamı bilir. Bassala Sambu da yaxşı hücumçudur, Abubakarın gəlişi ona da motivasiya verir”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Elvin Bədəlov deyib.

30 yaşlı müdafiəçi Premyer Liqanın X turunda evdə “Kəpəz”i 5:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb: “İlk dəqiqələrdən oyuna yaxşı başladıq. Göstərdik ki, qələbə bizim olacaq. Böyükhesablı qələbə daha da sevindiricidir. Yolumuza davam edəcəyik, inanırıq ki, ardı gələcək. Əsas odur ki, oyun var, belə davam etsək, qələbələr də gələcək. Buna diqqət etməliyik. Qələbələr olduqca komandadakı ab-havaya da müsbət təsir göstərəcək”.

Bədəlov Misli Premyer Liqasının XI turunda baş tutacaq “Qarabağ” – “Neftçi” derbisindən də söz açıb: “Qarşımızda hamıya bəlli olan “Qarabağ” var, amma biz yaxşı nəticə üçün hazırlaşacağıq. İnanırıq ki, qələbə qazana bilərik. “Qarabağ”ı hamımız tanıyırıq, onların heyəti genişdir. Öz oyunumuzu düşünməli, özümüzə fokuslanmalıyıq. “Qarabağ”ın “Çelsi” ilə oyundan sonra bizə qarşı hansı heyətlə çıxacağını düşünmürük. Əsas odur ki, yaxşı hazırlaşaq və yaxşı nəticə qazanaq”.

İdman.Biz