“Cenoa” Patrik Viyera yollarını ayırdı

Xəbərlər
1 Noyabr 2025 17:09
34
“Cenoa” Patrik Viyera yollarını ayırdı

İtaliyanın “Cenoa” futbol klubu baş məşqçisi Patrik Viyeranın istefaya göndərildiyini elan edib.

İdman.Biz xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni baş məşqçi təyin olunana qədər “Cenoa”ya Roberto Murcita və Domeniko Krişto rəhbərlik edəcək.

Məlumat üçün əlavə edək ki, doqquz turdan sonra “Cenoa” üç xalla İtaliya A Seriyasının turnir cədvəlinə sonuncu pillədə qərarlaşıb.

İdman.Biz

Məqalədə: