Ülvi Babayev Rusiya gənclər yığmasına çağırıldı

Xəbərlər
29 Oktyabr 2025 14:03
42
Ülvi Babayev Rusiya gənclər yığmasına çağırıldı

Moskva “Dinamo”sunun azərbaycanlı yarımmüdafiəçisi Ülvi Babayev noyabr toplanışı üçün Rusiya gənclər yığmasının (U-21) geniş heyətinə daxil edilib.

İdman.Biz xəbər verir ki, Rusiya komandası İran, Qırğızıstan və Bəhreynlə üç yoldaşlıq oyunu keçirəcək. Matçlar 12-18 noyabr tarixlərində Qırğızıstanın Oş şəhərində baş tutacaq.

Yaxınlarda 21 yaşlı Babayev Moskva “Dinamo”sunun heyətində “Krılya Sovetov”un (4:0) qapısına het-trik etdi.

Qeyd edək ki, bu, futbolçunun Rusiyanın gənclər yığmalarına ilk dəvəti deyil. Eyni zamanda, Rusiya gənclər yığmasında çıxış etmək onun Azərbaycan yığmasında debüt etməsinə mane olmayacaq. FIFA-nın reqlamentinə əsasən, futbolçu ölkənin əsas milli komandasının rəsmi oyunlarında iştirak etməyibsə, yığmanı dəyişə bilər.

Mediada yayılan iddialara görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ülvi Babayevin milli komandaya cəlb olunması istiqamətində iş aparır.

İdman.Biz

Məqalədə: