Canlı efirdə “Halloween” zarafatı: Futbol əfsanəsinin reaksiyası izləyiciləri güldürdü - FOTO/VİDEO

Xəbərlər
28 Oktyabr 2025 09:49
68
Canlı efirdə “Halloween” zarafatı: Futbol əfsanəsinin reaksiyası izləyiciləri güldürdü - FOTO/VİDEO

Amerika futbolunun canlı əfsanələrindən biri, “New York Giants”ın sabiq müdafiəçisi və hazırda “Fox Sports”un aparıcısı olan Maykl Strahan canlı efirdə "Halloween" zarafatının qurbanı olub.

İdman.Biz xəbər verir ki, veriliş zamanı Strahan və həmkarları qarşıdakı bazar günü keçiriləcək oyunlardan əvvəl NFL-in ən “qorxulu” komandaları barədə müzakirə aparırdılar. Elə bu vaxt komanda yoldaşları məşhur aparıcıya kiçik, amma təsirli bir sürpriz hazırlayıblar.

Ağ maska və üst geyimli bir nəfər Strahanın arxasına səssizcə yaxınlaşıb. O, gözünün ucuyla maskalı adamı gördüyü an yerindən sıçrayaraq qorxudan qışqırıb. Studiyadakı həmkarları isə bu anı gülüşsüz ötürə bilməyiblər.

İdman.Biz