“Barselona”nın məşqçisi “Real”a məğlub olmalarının səbəbini açıqlayıb

Xəbərlər
27 Oktyabr 2025 06:15
38
“Barselona”nın məşqçisi “Real”a məğlub olmalarının səbəbini açıqlayıb

El Klasikoda “Barselona”nın baş məşqçi Hans-Diter Fliki cəzalı olduğu üçün əvəz edən məşqçisi Markus Sorq “Real”a uduzmaları (2:1) ilə bağlı fikrini açıqlayıb.

İdman.Biz xəbər verir ki, o, qarşılaşma zamanı çoxlu səhvlər etdiklərini dilə gətirib:

“Bu gün adətən etdiyimizdən daha çox səhvlərə yol verdik və nəticəyə də bu təsir etdi. Lamin ciddi nəzarət altında idi, həm də zədədən sonra tam hazır deyildi, onun cəmi 18 yaşı var. Biz vəziyyətlər yaratmağa, oyunun strukturunu dəyişməyə və fərqli variantlar tapmağa çalışdıq, amma bir çox şey alınmadı”.

Qeyd edək ki, bu nəticədən sonra “Real” 10 turdan sonra 27 xalla La Liqada liderliyini möhkəmləndirib. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

İdman.Biz