"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olunub

Xəbərlər
26 Oktyabr 2025 12:20
36
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olunub

Azərbaycan millisinin Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnən "Araz-Naxçıvan"ın futbolçusu Rahil Məmmədov əməliyyat olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub. Cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə yetirilib.

Uğurlu əməliyyatdan sonra özünü yaxşı hiss edən futbolçunun məşqlərə başlayacağı tarixlə bağlı əlavə məlumat veriləcək.

İdman.Biz