“Liverpul”, “Çelsi”, “Real” (Madrid) kimi klubların sabiq baş məşqçisi olmuş Rafael Benites karyerasını Yunanıstanda davam etdirəcək.
İdman.Biz “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis karyerasını “Panatinaykos” klubunda davam etdirəcək.
İspaniyalı mütəxəssislə iki illik müqavilə bağlanacağı bildirilir.
Xatırladaq ki, R. Benitesin son iş yeri ötən ilin martında tərk etdiyi İspaniyanın “Selta” klubu olub.
