“Barselona”nın 37 yaşlı hücumçusu Robert Levandovski “Mançester Yunayted”ə keçməyə razılıq verib.
İdman.Biz “Daily Star” nəşrinə istinadən xəbər verir ki, polşalı futbolçunun transferində “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim şəxsən maraqlıdır.
Mənbənin məlumatına görə, klub yay transfer pəncərəsində Levandovskinin keçidini reallaşdırmağa ümidlidir.