Çexiya millisinə yeni baş məşqçi təyin edildi

22 Oktyabr 2025 19:20
163
Çexiya millisinə yeni baş məşqçi təyin edildi

Yaroslav Kestl Çexiya millisinin müvəqqəti baş məşqçisi təyin edilib.

Bu barədə İdman.Biz Çexiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir.

Kestl Çexiya millisini noyabrın 13-də San Marino ilə yoldaşlıq görüşünə, noyabrın 17-də isə Cəbəllütariqlə 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin final oyununa hazırlayacaq. Çexiya millisi hazırda 13 xalla L qrupunda ikinci yerdədir.

Kestl baş məşqçi vəzifəsində 2024-cü ilin yanvarından bu vəzifədə çalışan və ötən həftə istefaya göndərilən İvan Qaşeki əvəz edəcək.

İdman.Biz