“Mənçester Yunayted”lə İngiltərə Premyer Liqasının 8-ci tur oyununda (1:2) məhsuldarlıq göstərə bilməyən Məhəmməd Salah artıq bir aydan çoxdur “Liverpul”un heyətində qol vurmur.
İdman.Biz xəbər verir ki, misirli vinger son qolunu sentyabrın 17-də, son məhsuldar ötürməsini isə sentyabrın 20-də edib.
Sonrakı dörd qarşılaşmada – “Kristal Pelas” (1:2), “Qalatasaray” (0:1), “Çelsi” (1:2) və “Mançester Yunayted” (1:2) oyunlarında o, nə fərqlənə, nə də komanda yoldaşlarına asist edə bilib.
Statistikaya görə, Salahın uğurlu driblinqləri cəmi 12,5 faizdir ki, bu da Premyer Liqada ən zəif göstəricidir.