“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu dünya futbolunda yeni rekord müəyyən edib.
İdman.Biz-in məlumatına görə, Səudiyyə Ərəbistanı çempionatının beşinci turunda “Al-Fateh”ə qarşı (5:1) vurduğu qol onun klub səviyyəsində 800-cü qolu olub.
Beləliklə, 40 yaşlı portuqaliyalı tarixdə bu göstəriciyə çatmış ilk oyunçu olub.
Ronaldunun karyerası ərzində vurduğu qollar:
Real Madrid – 450 qol
Mançester Yunayted – 145 qol
Yuventus – 101 qol
Al-Nasr – 99 qol
Sportinq (Lissabon) – 5 qol
Ümumilikdə Portuqaliya millisinin kapitanının hesabında 949 qol var.
Qeyd edək ki, ulduz futbolçunun "Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onun bazar dəyəri Transfermarkt məlumatına görə 12 milyon avro qiymətləndirilir.