Britaniyanın Baş naziri “Makkabi”nin müdafiəsinə qalxdı

Xəbərlər
17 Oktyabr 2025 09:54
43
Britaniyanın Baş naziri “Makkabi”nin müdafiəsinə qalxdı

Artıq məlum olduğu kimi təhlükəsizliklə bağlı mümkün problemlər səbəbindən Təl-Əvivin “Makkabi”(İsrail) klubunun azarkeşlərinə Avropa Liqasının 4-cü turunda “Aston Villa”(İngiltərə) ilə səfər oyununa getmək qadağan edilib.

İdman.Biz xəbər verir ki, artıq bu qadağaya Britaniyanın Baş naziri Kir Starmer də münasibət bildirib.

O özünün “X” hesabında vurğulayıb ki, İngiltərə Futbol Assosiasiyasın qərarı yanlışdır.

“Bu, yanlış qərardır. Biz küçələrimizdə antisemitizmə yol verməyəcəyik. Polisin vəzifəsi bütün futbol azarkeşlərinin zorakılıq və ya hədə-qorxudan çəkinmədən oyundan zövq almasını təmin etməkdir”, – deyə Britaniyanın Baş naziri qeyd edib.

Məlumat üçün qeyd edək ki, Avropa Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Aston Villa” – “Makkabi” oyunu noyabrın 7-də baş tutacaq.

İdman.Biz