Turun mərkəzi qarşılaşması: “Turan Tovuz” “Qarabağ”a qarşı

Xəbərlər
17 Oktyabr 2025 09:28
50
Turun mərkəzi qarşılaşması: “Turan Tovuz” “Qarabağ”a qarşı

Bu gün Misli Premyer Liqasında VIII turun ikinci oyunu “Qarabağ”la “Turan Tovuz” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 19:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Elçin Məsiyev idarə edəcək.

Tovuz klubu 15 xalla çempionatın lideridir. Rəqiblərindən bir görüş az keçirən Ağdam təmsilçisi 13 xalla üçüncüdür.

Misli Premyer Liqası
I dövrə, VIII tur
17 oktyabr

19:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Azərsun Arena”

Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.

İdman.Biz