İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta növbəti açıqlaması ilə gündəmə gəlib.
İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, klub rəhbəri jurnalistlə səmimi söhbət əsnasında nəyi puldan daha üstün tutduğunu açıqlayıb.
63 yaşlı X. Laporta açıq şəkildə etiraf edib ki, o, puldan daha çox intim əlaqəni üstün tutur və bunun səbəbini də izah edib:
“Bu barədə əlavə sözə ehtiyac yoxdur. İntim əlaqə - sağlamlıqdır”, - deyə X. Laporta bildirib.
Məlumat üçün əlavə edək ki, X.Laporta tez-tez mətbuata verdiyi açıqlamalarla diqqət mərkəzinə düşür. Bir neçə gün əvvəl klub prezidenti Tanrının "Barselona" azarkeşi olduğunu bildirib.