Udine şəhərində (İtaliya) futbol üzrə 2026-cı ilin Dünya Çempionatının seçmə mərhələsində İtaliya və İsrail milli komandaları arasında sabah keçiriləcək qarşılaşmada xüsusi təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə yerli “TheSocialPost.it” portalı məlumat yayıb.
Bildirilir ki, təhlükəsizliyə kinoloji mərkəzin xidməti axtarış itləri, minaxtaranlar və pilotsuz təyyarələr cəlb ediləcək. Artıq stadionun girişinə metal detektorlar və beton baryerlər quraşdırılıb.
Bundan əlavə, oyun günü stadion ətrafında və şəhər mərkəzində şüşə və ya keramika qabda, həmçinin konserv bankalarında içki və qida satışı və istifadəsi qadağan ediləcək.
Məlumat üçün əlavə edək ki, İtaliya-İsrail oyunu sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək.